Bu şirkət Azərbaycandan Rusiyaya sınaq qatarlarını işə salacaq
15:08 - 17.11.2021
17 noyabr, Fineko/abc.az "Yaxın zamanlarda Azərbaycandan Rusiyaya sınaq qatarını işə salmaq planlaşdırılır".
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu "RDY Logistika"nın baş direktoru Dmitri Murev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib. Qatar vasitəsilə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınacaq. Rusiyada qatar yenidən yüklənəcək və geri yola salınacaq.
O bildirib ki, bu, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addımdır.