17:26 - 16.11.2021
16 noyabr, Fineko/abc.az “Azərbaycan Hava Yolları” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportundan Küveytin paytaxtı Əl-Küveyt şəhərinə və geriyə xüsusi reyslər yerinə yetirməyə başlayır.
ABC.AZ-ın məlumatına görə, Bakı – Əl-Küveyt – Bakı marşrutu üzrə birbaşa reyslərin 15 dekabr tarixindən həyata keçirilməsi nəzərdə tutulur.
Reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri Airbus A319 hava gəmisində yerinə yetiriləcək. Sərnişin Əl-Küveytdən Bakıya uçuş zamanı COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026