16:27 - 12.11.2021
12 noyabr, Fineko/abc.az. “Azərsu” ASC daxili imkanları hesabına Goranboy rayonunun Abbasqulular kəndində icra olunan içməli su layihəsini yekunlaşdırıb.
ABC.AZ xəbər verir ki, “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin, Goranboy Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin iştirakı ilə yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilib.
Qeyd olunub ki, layihə çərçivəsində 4 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb və 116 yaşayış evinin hər birinə birləşmə verilərək sayğaclar quraşdırılıb. Layihənin icrası nəticəsində Abbasqulular kəndinin 500-dək sakininin mərkəzləşdirilmiş qaydada içməli su təchizatı həyata keçirilib.
11 Avqust 2026
12 Avqust 2026