16:36 - 11.11.2021
11 noyabr, Fineko/abc.az. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Bakı şəhəri Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
ABC.AZ xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində 96 bölmədən ibarət istixana kompleksində, Kürdəxanı qəsəbəsində üzlük daş sexində, ət kəsimi və təndir sexində içməli sudan özbaşına və qanunsuz istifadə edilirdi.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026