Prezident İlham Əliyev İstanbula gedir? - Detallar

14:20 - 11.11.2021


11 noyabr, Fineko/abc.az     Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının 8-ci zirvə görüşü sabah İstanbulda keçiriləcək.

ABC.AZ xəbər verir ki, zirvə görüşündə Türk Şurasına üzv ölkələrin dövlət başçıları ilə yanaşı, Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Görüş “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək.
Liderlər iclasın gündəliyində yer alan məsələlərlə yanaşı, mövcud siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparacaqlar.