Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük - Prezident

11:12 - 4.11.2021


4 noyabr, Fineko/abc.az. Biz indi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda keçirilən “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, biz müharibə haqqında yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. "Əfsuslar olsun ki, bu təklif hələlik cavabını almayıb”, - dövlət başçısı vurğulayıb.