11:19 - 29.10.2021
29 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 36 ölkəsinə 32,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
ABC.AZ-ın məlumatına görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 7,2 milyon ABŞ dolları ilə Fransa, 6,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1,3 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026