09:49 - 26.10.2021
26 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı günü ticarətində azalır.
Saat 09:40-da London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,02 (0,02%) ucuzlaşaraq bir barelə $85,97 təşkil edib. Oktyabrın 25-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,46 (0,54%) artaraq bir barelə $85,99 təşkil edib.
Saat 09:40-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin dekabr ayı üçün fyuçerslərinin qiyməti $0,15 (0,18%) enərək bir barelə $83,61 təşkil edib. Oktyabrın 25-də keçən sessiyayla müqayisədə dekabr ayının neft fyuçerslərinin qiyməti dəyişməyib və bir barel üçün $83,76 təşkil edib. Dünənki ticarətdə, WTI-nin qiyməti, 2014-cü ilin oktyabr ayından etibarən ilk dəfə olaraq barel başına neftin $85-dən yuxarı qalxdı.
15 Oktyabr 2026
15 Oktyabr 2026
15 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026