11:45 - 20.10.2021
20 oktyabr, Fineko/abc.az. Hazırda 2022-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr gedir.
Vacibdir ki, gələn il sosial artımlarla bağlı büdcədə müvafiq vəsaitlər ayrılsın və əhali qısa müddətdə bu artımlardan faydalana bilsin.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin nazirinin müavini Anar Kərimov bildirib.
"Minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur. Artımlar 1,8 milyon nəfəri əhatə edəcək. Bu, çox vacibdir. Çünki 2019-2020-ci ildə sosial islahatlar aparılıb, iki mərhələdə artımlar olub. Pandemiya olduğu üçün 2020-ci ildə anti-pandemiya tədbirləri həyata keçirilib. Prezidentin tapşırığı ilə növbəti ildə geniş miqyaslı artımlar planlaşdırılır”, - deyə nazir müavini bildirib.
12 Avqust 2026