10:09 - 18.10.2021
18 oktyabr, Fineko/abc.az. İstehlakçı qiymətləri indeksi bu ilin ilk üç rübündə Çində 0,6% təşkil edib.
ABC.AZ xəbər verir ki, yanvar-sentyabr aylarında ölkənin şəhərlərində qiymətlər 0,7%, kənd yerlərində - 0,4% artıb.
Ərzaq, spirt və tütün qiymətləri 0,5% artıb. Eyni zamanda, Çində istehlak səbətinin əsas elementlərindən biri olan donuz ətinin dəyəri illik ifadədə 28% azalıb.
Taxıl məhsulları 1%, təzə meyvələr 2,7%, tərəvəzlər 1,3% bahalaşıb.
Nəqliyyat və rabitə sahəsindəki xidmətlər üç rübdə 3,3%, təhsil, mədəniyyət və istirahət sahəsində 1,6% artıb. Səhiyyə xidmətlərinin qiymətləri 0,3% artıb.
Hesabata görə, Çində inflyasiya sentyabr ayında 0,7% təşkil edərək, avqust ayına nisbətən 0,1 bənd azalıb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026