Bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir - Prezident

14:12 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, indi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir.

"Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub”, - deyə Prezident bildirib.