Bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi - Prezident

12:27 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dövlət başçısı İlham Əliyev ötən gün Suqovuşan qəsəbəsində olub və bəzi vacib məqamlara toxunub.

ABC.AZ-ın məlumatına görə, qəsəbənin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli cəhətindən danışan dövlət başçısı deyib ki, birinci kəndlər - 6 kənd sentyabrın 27-də müharibənin ilk günündə azad olunmuşdu, oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi.

“Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”, - deyə Prezident bildirib.