11:48 - 4.10.2021
4 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.
ABC.AZ xəbər verir ki, dövlət başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.
Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Dövlət başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb. Azərbaycan Prezidenti Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və provaslav kilsələrində olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026