16:17 - 22.09.2021
22 sentyabr, Fineko/abc.az. Bakı şəhəri, Ziya Bünyadov prospektində yeni yerüstü piyada keçidi inşa edilib
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.
O qeyd edib ki, keçid müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilib.
Yeni piyada keçidi özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.
14 Avqust 2026
14 Avqust 2026