09:49 - 13.09.2021
13 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri bazar ertəsi ticarətində artır.
Saat 9:20-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,25 (0,34%) artaraq bir barelə $73,17 təşkil edib. Sentyabrın 10-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $1,47 (2,06%) artaraq bir barelə $72,92 təşkil edib.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,27 (0,39%) artaraq bir barelə $69,99 təşkil edib. Sentyabrın 10-da baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers 1,58 (2,32%) yüksələrək bir barelə $69,72 təşkil edib.
Ötən həftə Brent markalı neft 0,43%, WTI - 0,62% bahalaşıb.
14 Avqust 2026
14 Avqust 2026