14:59 - 3.09.2021
3 sentyabr, Fineko/abc.az. Türkmənistan Azərbaycana taxta məmulatlarının ixrac həcmini artırmaq niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat "Business Turkmenistan" portalında öz əksini tapıb.
Məlumatda qeyd olunub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkmənistan müəssisəsinə 2 mln. ABŞ dollar dəyərində vəsait ayırmağa qərar qəbul edib.
Bununla bağlı layihənin xülasəsi (PSD) AYİB-ın saytında yerləşdirilib. Layihənin xülasəsində qeyd olunur ki, Türkmənistan istehsalçısına maliyyə yardımı göstərilməsi şirkətə qonşu dövlətlərə – Tacikistan, Azərbaycan, Özbəkistana ixrac tədarükünün həcmini artırmağa imkan verəcək.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026