Altı ayda əhali ticarət şəbəkələrində arağa bu qədər pul xərcləyib

10:30 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin pərakəndə ticarət şəbəkəsində araq və araq məmulatlarına xərclədiyi vəsait açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə əhali ticarət şəbəkəsində 46 milyon 124 min manat dəyərində araq və araq məmulatları alıb.

Müqayisə üçün qeyd edək ki, bu, 2020-ci ilin eyni dövrünə nisbətdə 15,9% çoxdur.

Təkcə cari ilin II rübündə əhali arağa 22 milyon 558 min manat xərcləyib. Bu, illik müqayisədə 12,4% çoxdur.

Müəllif: Elmir Murad