15:00 - 26.08.2021
26 avqust, Fineko/abc.az. Sentyabrın 25-də “Azsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, yığıncaq "Azsığorta"nın Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ("Hyatt Tower" iş mərkəzi) ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə şirkətin fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər görülməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, bu ilin I yarısı "Azsığorta" üçün elə də uğurlu olmayıb. Belə ki, 2021-ci ilin iyun aylarında şirkətin topladığı sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% az - 5,68 milyon manat, həyata keçirdiyi sığorta ödənişləri isə 1 il əvvələ nisbətən 54,3% çox - 4,123 milyon manat olub. Son nəticədə maliyyə qurumunun ödəniş-yığım nisbəti (zərərliliyi) kəskin artaraq 41%-dən 72,6%-ə çatıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026