11:53 - 26.08.2021
26 avqust, Fineko/abc.az. "Bakı Sığorta" ASC bu ilin I yarısını 1,025 milyon manat zərərlə başa vurub.
ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatın da deyilir.
Sənədə əsasən, 2021-ci ilin yanvar-iyun aylarında "Bakı Sığorta"nın gəlirləri 965 min manat, xərcləri isə 1,99 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə "Bakı Sığorta"nın aktivləri 12.548 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 6,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 82,2% artaraq 3,963 milyon manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 8,585 milyon manata düşüb.
8 Avqust 2026
8 Avqust 2026