15:08 - 25.08.2021
25 avgust, Fineko/abc.az. Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
ABC.AZ-ın Report-a istinadən məlumatına görə, yeni sədr Kamran Kazımovdur.
O, 2009-cu ildən “Şahdağ Turizm Mərkəzi”nə təyinatınadək ölkədə fəaliyyət göstərən bır sıra hotellərdə müxtəlif vəzifələrdə çalışıb. Qeyd edək ki, QSC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini 2021-ci ilin aprelindən Mingəçevir Turizm Kollecinin sabiq direktoru Səid Salayev icra edirdi.
S.Salayev 2018-ci ilin sonunda sədr vəzifəsinə təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.