"ASAN xidmət"dən yenilik - Xidmət saatları uzadıldı

10:46 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərində vətəndaş müraciətlərinin daha çox olduğu şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı xidmət saatlarına dəyişiklik edilib.

Bu barədə ABC.AZ-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən həmin mərkəzlərdə müvafiq xidmətlə bağlı həftənin 5 günü saat 09:00-dan 20:00-dək fasiləsiz növbə sistemi fəaliyyət göstərir.

Beləliklə, vətəndaşların müraciət çoxluğu nəzərə alınaraq xidmət vaxtı uzadılıb.

Eyni zamanda vətəndaş məmnunluğunun və operativliyin təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə birgə xidmət prosesində təkmilləşdirmə işləri aparılır. Müəllif: Elmir Murad