AMB 93 fiziki şəxs olan sığorta agentinin lisenziyasını ləğv edir

14:59 - 19.08.2021


19 avqust, Fineko/abc.az. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.1-ci maddəsinə müvafiq olaraq verilmiş təqdimatların vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının 10 avqust 2021-ci il tarixli qərarı ilə siyahıda adları qeyd edilən (siyahı əlavə olunur) fiziki şəxs olan sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 10 noyabr 2021-ci il tarixinədək dayandırılmışdır.

ABC.AZ xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında deyilir.