12:16 - 3.04.2018
3 aprel, Fineko/abc.az. Azərbaycanın Energetika Nazirliyi Bakıda enerji təchizatının davamlılığı ilə bağlı hesabat təqdim edib.
Hesabatda deyildiyi kimi, 2017-ci ildə elektrik enerjisinin verilişində yaranmış fasilə 0,78 saat və ya orta hesabdla, 0,98 saat təşkil etmişdir.
Bu göstərici, əvvəlki illərin göstəricisindən aşağıdır və bunun səbəbi, 33 ədəd 110 kV-luq yarımstansiyadan 25-nin tikilərək tam yenidən qurulması, 80 ədəd 35 kV-luq yarımstansiyanın inşa edilməsidir ki, həmin yarımstansiyalardan son 4 ədədi bir il əvvəl istismara buraxılıb.
Həmçinin, paytaxtın 90% ərazisində yeraltı kabellərin çəkilməsi və yaradılan dairəvi elektrik enerjisi təchizatı sxemlərinə qoşulması da paytaxtın enerji təchizatının etibarlılığı və dayanıqlılığına müsbət təsir göstərib”, - hesabatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026