10:12 - 10.08.2021
10 avgust, Fineko/abc.az. Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət və 3 saylı "ASAN kommunal" mərkəzi fəaliyyətə başlayıb.
ABC.AZ xəbər verir ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi sayca Bakı şəhərində 6-cı, ümumilikdə ölkə üzrə 21-ci mərkəzdir.
Mərkəzdə 320-dən çox xidmət həyata keçiriləcək. Burada xidmət edən dövlət orqanları da daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcəkdir. “ASAN xidmət” mərkəzinin işçiləri Vətən müharibəsi qazisi, şəhid və ya qazi ailələrinin üzvlərindən ibarətdir.
3 saylı “ASAN kommunal” mərkəzi isə Bakı şəhərində sayca 3-cü mərkəzdir.
Mərkəzdə “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52, ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək. Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026