15:35 - 6.07.2021
6 iyul, Fineko/abc.az. ABŞ-ın üçüncü ən böyük neft-qaz şirkəti “Chevron Corporation” 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb.
ABC.AZ şirkətin maliyyə hesabatına əsasən bildirir ki, şirkət ötən il 5,5 milyard dollar maliyyə itkisi ilə üzləşib.
Bildirilib ki, “Chevron”un 2020-ci ildəki xalis zərəri 2019-cu ildəki 2,9 milyard dollarlıq mənfəətini iki dəfəyə qədər üstələyir. Eləcə də, şirkətin 2019-cu ildə əldə etdiyi gəlir 2018-ci ildəki mənfəətindən 5,1 dəfə az olub.
Neft-qaz sektorunu analiz edən mütəxəssislərin fikrincə, bu, şirkətin 2016-cı ildə yaşadığı böhrandan bəri ilk ağır maliyyə itkisidir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026