15:41 - 5.07.2021
5 iyul, Fineko/abc.az. "Air Arabia" aviaşirkəti Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayir.
ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilir. Reyslər iyulun 15-dən etibarən yerinə yetiriləcək.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı (Əbu-Dabidən yerli vaxtlar saat 11:50-də təyyarə yola düşür, Bakıda eniş saat 14:55-də olacaq), bazar günləri (Bakıdan yerli vaxtlar saat 16:15-də təyyarə yola düşür, Əbu-Dabiyə saat 19:15-də eniş edəcək).
Uçuşlar Airbus A320 təyyarələri ilə yerinə yeririləcək.
12 Avqust 2026