Prezident Dövlət Agentliyinə böyük məbləğdə pul ayırdı - Sərəncam

14:57 - 5.07.2021


5 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncama əsasən, Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə  6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.