16:14 - 1.07.2021
1 iyul, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Cəmiyyətdən ABC.AZ-a verilən məlumata görə, məlum olub ki, Şollar-Bakı su kəmərinin Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində magistral xətdən qanunsuz qoşulma ilə götürülən içməli sudan əkin sahələrinin suvarılmasında istifadə edib, bundan başqa kafe və obyekt sahibləri magistral su kəmərinə özbaşına qoşulmalar edib.
Nəzarət tədbirləri zamanı Masazır, Saray, Qobu qəsəbələrinin yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz istifadə etdiyi məlum olub. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026