17:30 - 29.06.2021
29 iyun, Fineko/abc.az. İyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan bir qrup plastik qablardan istifadə edənlər cərimələnəcək.
ABC.AZ xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-dən bildiriblər.
Qeyd olunub ki, nəzərdə tutulan cərimə insanların plastik qablardan istifadəsini məhdudlaşdırmaq üçündür.
"Fiziki şəxslər üçün ilk dəfə 1000-1500, növbəti dəfələrdə isə 1500-2000 manat, hüquqi şəxslər barədə isə ilk hal üçün 3000-4000, növbəti dəfə 4000-5000 manat cərimə nəzərdə tutulub".