14:33 - 25.06.2021
25 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Energetika Nazirli 2021-ci ilin yanvar-may ayları üzrə operativ məlumatları açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabat dövründə təxminən 11,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Bunun 11,1 milyon tondan çoxu konsorsiumun, 653,8 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 798 min ton, yəni 6,3 faiz azdır.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026