14:15 - 27.03.2018
27 mart, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir.
“Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7 AZN/1 USD səviyyəsində formalaşmışdır”, - AMB-in məlumatında belə deyilir.
Martın 15-də keçirilmiş əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1 dollara 1,7 manat təşkil etmişdir.