11:34 - 21.06.2021
21 iyun, Fineko/abc.az. İranda “Shirezza Halva Shekari” tərəfindən istehsal olunan və “Azər Pak” MMC tərəfindən ölkəmizə idxal edilən araxis əzməsi məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.
AQTA-dan ABC.AZ-a daxil olan məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq (aflatoksin - B1) aşkar edilib.
Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026