09:33 - 3.06.2021
3 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, böhrandan sonra dünya iqtisadiyyatının bərpa olunması ilə bağlı artan optimizm fonunda cümə axşamı günü artmaqda davam edir.
Saat 9:01-də London ICE Futures birjasında baş tutan hərracda “Brent” markalı neftin avqust fyuçersi $0,41 (0,57%) yüksələrək bir barelə $71,76 təşkil edib. 2 iyun ticarət nəticələrinə görə, avqust ayına olan Brent fyuçersi $1,10 (1,57%) - bir barel üçün $71,35-a yüksəldi.
Saat 9:01-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersinin qiyməti $0,38 (0,55%) – barel başına $69,21-ə yüksəldi. İyunun 2-də keçirilən ticarətin nəticələrinə görə, iyul ayı üçün WTI-nin fyuçersi $1,11 (1,64%) bir barelə $68,83-a yüksəldi.
12 Avqust 2026