17:19 - 31.05.2021
31 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayına istinadən xəbər verir ki, sözügedən dövrdə “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.
2021-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 6,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026