15:18 - 26.05.2021
26 may, Fineko/abc.az. Bildiyiniz kimi mayın 28-də Rüspublika günü ilə əlaqədar ölkədə qeyri-iş günüdür.
ABC.AZ-ın məlumatına görə, buna baxmayaraq Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.
Qərara əsasən, ictimai nəqliyyatın hərəkəti şənbə günü, 29 may saat 00:00-dan 31 may saat 06:00-dək dayandırılacaq.
14 Avqust 2026