Azərbaycan şirkəti Rusiyanın iri holdinqi ilə əməkdaşlığa başlayıb

10:35 - 25.05.2021


25 may, Fineko/abc.az. ADY Express şirkəti Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verib.

Şirkətdən ABC.AZ-a daxil olan məlumata görə, Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Meçel” şirkətlər qrupu ilə əməkdaşlığa başlanılıb.

“Meçel” dünyanın TOP-10 metalurji kömür istehsalçılarından biridir və Rusiyada ən çox xüsusi polad və ərintilər istehsalçısıdır.

“Meçel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji, logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.

Qeyd edək ki, əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia - 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunmuşdur. Beləliklə, “Meçel-Trans” şirkəti (Mechel Qrupunun bir hissəsi) ilə “ADY Express” MMC arasında müqavilə imzalanıb. Müəllif: Elmir Murad