10:18 - 24.05.2021
24 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftəni azalma ilə başa vurub, bazar ertəsi ticarətində artır.
Saat 9:30-da, London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in iyul fyuçersi $0,52 (0,78%), barel başına $66,96 qədər yüksəldi. May ayının 21 – də keçirilən ticarətin nəticələrinə görə, Brent markalı neftin iyul ayı üçün fyuçersinin qiyməti $1,33 (2,04%) artaraq barelə $66,44-a çatıb.
Saat 9:30-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul neft fyuçersinin qiyməti $0,48 (0,75%) - barelə görə $64,06-a qədər qalxıb. May ayının 21 hərraclarının nəticələrinə görə, iyul ayına olan fyuçers $1,64 (2,65%) – bir barelə $63,58-a yüksəldi.
Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 3,3%, WTI - 2,7% ucuzlaşıb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026