Azərbaycanda minik avtomibili istehsalı azalıb - 4 ayın hesabatı

15:16 - 21.05.2021


21 may, Fineko/abc.az. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 508 ədəd minik avtomobili istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 ədəd və ya 24,4% azdır. 01.05.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 146 ədəd təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 01.04.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 267 ədəd təşkil etmişdi.

Müəllif: Elmir Murad