Bakının mərkəzi yolları 1 həftəlik bağlanır

14:14 - 21.05.2021


21 may, Fineko/abc.az. Bakının mərkəzi yollarının mayın 31-dən iyunun 8-nə qədər bağlı olacağı məlum olub.

ABC.AZ-ın məlumatına görə, yolların bağlanma səbəbi Bakıda keçiriləcək Formula 1-ə yarışıdır.

Bu barədə məlumat verən Bakı Şəhər Halqasının mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf qeyd edib ki, bir həftə şəhərin bəzi hissələrində yollar bağlı olacaq.