12:30 - 21.05.2021
21 may, Fineko/abc.az. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2021-ci il üçün hasilatı proqnozunu açıqlayıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, 2021-ci ildə şirkət yalnız mövcud mədənlərindən həyata keçirdiyi hasilatın hesabatını verəcək.
Qeyd olunub ki, şirkət tərəfindən hasilatın əsasən 2020-ci ildə “Uğur” mədən yatağının tükənməsi səbəbindən azalacağı proqnozlaşdırılır.
Bu səbəbdən şirkət 2021-ci il üçün 64-72 min unsiya həcmləri arasında qızıl ekvivalenti istehsal hədəfini təyin edib. Bura 54 000 unsiyaya qədər qızıl və 2 500-2 800 ton arasında mis hasilatı həcmləri daxildir.
Şirkət hesab edir ki, davam etdirilən kəşfiyyat proqramının və digər təşəbbüslərin yaxın illərdə hasilatın artmasına səbəb olacaq. Bildirilir ki, 2021-ci il üçün bu proqnoza bərpa edilmiş müqavilə sahələrindən hasilat daxil deyil. Hazırda vəziyyət aydın olmasa da, şirkət “Vejnəli” yatağında az miqdarda da olsa filiz hasilatının həyata keçirilməsi üçün potensial mövcuddur.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026