Enerji içkiləri ilə bağlı araşdırmalar başlandı - Dövlət Xidməti məsələni nəzarətə götürdü

12:16 - 21.05.2021


21 may, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında araşdırmalara başlayıb.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, məqsəd istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınmasıdır.

Araşdırmalar Qida Təhlükəsizliyi Agentliyinin müraciəti, laborator müayinələrin nəticələri əsasında aparılır.