Rusiyanın daha bir neçə şəhərindən Bakıya birbaşa uçuşlar başlayacaq

17:07 - 20.05.2021


20 may, Fineko/abc.az. “Ural Hava Yolları” aviaşirkəti may-iyun aylarında Rusiyanın bir neçə şəhərindən Bakıya birbaşa reyslər açacaq.

ABC.AZ-ın məlumatına görə, mayın 29-dan Krasnoyarsk-Bakı, mayın 31-dən – Omsk-Bakı, Novosibirsk-Bakı, Nijniy Novqorod- Bakı marşrutları ilə həftəlik yeni birbaşa uçuşlar başlayacaq.

Bundan başqa, iyunun 3-dən aviaşirkət Min Vodı və Perm şəhərlərindən Bakıya, iyunun 4-dən –Samaradan Bakıya reyslər açacaq.