17:03 - 20.05.2021
20 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ardıcıl olaraq üçüncü sessiyada azalır.
Saat 16:35-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in iyul fyuçersi $0,71 (1,08%), barel başına $65,95 qədər düşüb.
Saat 16:35-də Nyu-York əmtəə birjasının hərraclarında (NYMEX) WTI-nin iyun fyuçersinin qiyməti $0,57 (0,9%) - barel başına $62,79-a qədər azalıb.
Daha öncə ticarət zamanı neft bir gün əvvəl 3 həftədən çox müddət ərzində minimuma düşdükdən sonra bahalaşmışdı.
18 Avqust 2026