Gürcüstan Azərbaycan qazının alışını azaldıb

14:48 - 20.05.2021


20 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycandan aldığı qazın həcmi və dəyəri açıqlanıb.

ABC.AZ xəbər verir ki, məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.

Qeyd olunub ki, sözügedən dövrdə Gürcüstandan ölkəmizdən 92,8 milyon ABŞ dolları dəyərində 609,1 milyon kubmetr həcmində təbii qaz tədarük edib.

Bildirilir ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz azdır.