17:34 - 19.05.2021
19 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanda 776,8 min ton dizel yanacağı, 365,5 min ton avtomobil benzini, 137,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 148,7 min ton ağ neft, 21,3 min ton yanacaq mazutu, 17,6 min ton sürtkü yağları, 67,6 min ton neft bitumu və 87,5 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 4 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 198,8 milyon manat olub.
Bu ötən ilin eyni ayları ilə müqayisədə 1,4 faiz azalma deməkdir.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026