Yol polisi sürücülərə çağırış etdi - Bu şərtlərə əməl edin

10:26 - 19.05.2021


19 may, Fineko/abc.az. Baş Dövlət Yol Polisi İdarəsi yay rejimi ilə bağlı sürücülərə müraciət edib.

ABC.AZ-a daxil olan məlumatda qeyd edilir ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edərək uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, tələskənliyə yol verməməyi, hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə avtomobili saxlayıb istirahət etməyi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunmasını xahiş edir.

Məlumat üçün bildiririk ki, respublikanın avtomobil yollarında olan bütün stasionar postlarda vətəndaşların əl-üzünü yuması, onların qısa müddət istirahət etməsi üçün müvafiq şərait yaradılıb.