Neft ucuzlaşır, Brent bir barelə $67,97 təşkil edir

10:05 - 19.05.2021


19 may, Fineko/abc.az. Çərşənbə günü ABŞ Neft İnstitutunun (API) ABŞ-da ehtiyatların artması barədə məlumatlar fonunda ticarət zamanı neftin etalon markalarının qiymətləri azalır.

API-nın məlumatına görə, ötən həftə ABŞ-da neft ehtiyatları 620 min barrel artıb. Bununla yanaşı, ölkədə benzin ehtiyatları 2,8 milyon barel, distillatlar - 2,6 milyon barel azalıb.

Saat 9:09-da London ICE Futures birjasında keçirilən hərracda Brent markalı neftin iyul fyuçersi $0,74 (1,08%), barel başına $67,97 qədər ucuzlaşıb. Mayın 18-də baş tutumuş hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayı fyuçersinin qiyməti $0,75 (1,08%) – barrel başına $68,71-ə düşüb.

Saat 9:09-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersinin qiyməti 0,76 (1,16%) – barrel başına $64,73-ə qədər azalıb. 18 may ticarət nəticələrinə görə, iyun ayına olan fyuçers $0,78 (1,18%) – barel başına $65,49-a düşdü.

ABŞ-da enerji daşıyıcılarının ehtiyatları barədə ötən həftə üzrə rəsmi məruzə Energetika Nazirliyi tərəfindən çərşənbə günü açıqlanacaq.