Azərbaycan benzin idxalını artırıb

17:31 - 18.05.2021


18 may, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycana 19,731 mln. ABŞ dolları dəyərində 31 992,1 ton avtomobil benzini ("Aİ-92", "Aİ-95" və "Aİ-98") idxal edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 99,2%, dəyəri isə 61,7% artıb.

Xatırladaq ki, ötən ilin analoji dövründə ölkəyə "Aİ-92" markalı benzin idxal edilməyib.