16:37 - 18.05.2021
18 may, Fineko/abc.az. 2020-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan 4 milyard 353 milyon 97 min dollarlıq 10 milyon 737 min 847 ton xam neft ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilmiş xam neftin statistik dəyəri 9,7%, miqdarı isə 9,3% azalıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 821 milyon 16 min dollar dəyərində 11 milyon 839 min 761 ton xam neft ixrac edilmişdi.
18 Avqust 2026