Pomidor ixracımız kəskin azalıb – Hesabat

10:30 - 18.05.2021


18 may, Fineko/abc.az. 2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 36 milyon 674 min dollar dəyərində 42 min 271 ton pomidor ixrac olunub.

Dövlət  Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, pomidor ixracının 15 milyon 415 min dollarlıq hissəsi aprel ayında həyata keçirilib.

Müqayisə üçün qeyd edək ki, pomidor ixracı ötən ilin ilk 4 ayına nisbətən dəyər ifadəsilə 38%, miqdar ifadəsilə 42% azalıb.

Qeyd edək ki, 2020-ci ilin ilk 4 ayında Azərbaycandan 58 milyon 985 min dollar dəyərində 73 min 341  ton pomidor ixrac edilmişdi.

Müəllif: Elmir Murad